İstanbulda 2017-ci ilin ilk terror aktı — 39 ÖLÜ, 69 YARALI (FOTO)

İstanbuldakı "Reina" gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. 

APA-nın verdiyi xəbərə görə, bu barədə şəhərin valisi Vasip Şahin bildirib. 

Bundan əvvəl hücum zamanı iki nəfərin öldürüldüyü bildirilirdi. 

Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı  şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq,  girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. 

Hücum zamanı gecə klubunda  600-dək insan Yeni il bayramını qeyd edirmiş. 

***

İstanbulda gecə klubuna silahlı hücum olub. İnsident nəticəsində yaralananlar var. 

Hadisə yerinə zirehli maşınlarda hərəkət edən polis qüvvələri cəlb edilib. Hələlik təfərrüatlar açıqlanmır.  

CNN Turk-ün məlumata görə, Santa Klaus geyimində olan silahlı şəxslər gecə klubuna daxil olaraq, atəş açmağa başlayıblar. 

Məlumata görə, insident İstanbulun Beşiktaş rayonundakı Reina gecə klubunda baş verib. 

Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. 

  "Yaşıl çay"