Terrorçu saxlanıldı, amma hadisəni törətmədiyini dedi

Reinadakı hücümda şübhəli bilinən Qırğızıstan vətəndaşı Yəhya Maşrapov bəyan edib ki, onun bu hadisəylə heç bir əlaqəsi yoxdur. İstiPress AKİpress-ə istinadən xəbər verir ki, Maşrapov yanvarın 3-də Türkiyədən Qırğızıstan hava limanına enib və artıq o yerli təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən dindirilib. O, bildirib ki, yanvarın 1-də işləri ilə əlaqədar Bişkekdən İstanbula uçub. Qayıdan isə Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları onu təyyarədən düşürüblər.

 "Yaşıl çay"