Türkiyədə fövqəladə vəziyyət daha 3 ay uzadıldı

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatdı.

Bu barədə Trend Anadolu agentliyinə istinadən xəbər verir.

Yanvarın 19-dan etibarən fövqəladə vəziyyət rejimi daha 90 günədək uzadılacaq.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan daha üç ay uzadılıb.

  "Yaşıl çay"