Polat Alemdar polisə günahsız olduğunu sübut etdi

Məşhur “Kurtlar Vadisi” serialını təqdim edən Pana Film şirkətinin FETÖ ilə bağlı olub-olmadığına dair aparılan araşdırma yekunlaşıb.

İstiPress-in məlumatına görə, Pana Film 15 iyulda baş vermiş hərbi çevriliş cəhdindən bir müddət əvvəl “Kurtlar vadisi darbe” adlı filmi qeydiyyatdan keçirib.

Bundan sonra Pana Filmin rəhbərləri Necati Şaşmaz və Mehmet Canbolat haqqında FETÖ ilə əlaqələrə görə istintaq başladılıb.

Türkiyə KİV-də bu gün yayılan məlumata görə, istintaq artıq başa çatıb və müəyyən edilib ki, Necati Şaşmaz və Mehmet Canbolatın FETÖ ilə heç bir bağlantısı yoxdur.

Polisə ifadə verən verən N.Şaşmaz bildirib ki, “Kurtar vadisi darbe” serialı 100 bölümdən ibarət olacaqdı.

“Serialda paralel və antiparalel təşkilatlanma Polat Alemdarı aradan götürüb onun yerinə idarə edə biləcəkləri şəxsi gətirmək istədiklərindən bəhs edilir. MİT böhranı və 17-25 dekabr hadisələri serialın əsas mövzusudur. Filmdə göstərilir ki, FETÖ müxtəlif yollarla dövlətə zərbə vurmaq planları var. “Kurtlar vadisi darbe” adını isə markamızı qorumaqdır”, - N.Şaşmaz ifadəsində deyib.

  "Yaşıl çay"