27 Sentyabr – Anım Günü ilə əlaqədar Lənkəran şəhərinin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. YaşılÇay xəbər verir ki, aksiya təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təşkil edilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin nümayəndələri, həmçinin rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.

Aksiya zamanı ərazidə ümumilikdə 500 həmişəyaşıl ağac əkilib. Onların 200-ü Eldar şamı, 200-ü sərv, 100-ü isə tuyadır. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq edilib.

Ərazidə yaşıllaşdırma və abadlıq işlərinin bundan sonra da mütəmadi davam etdirilməsi nəzərdə tutulur.