Zəncəfil Çayı 100% təbii Lənkəran Çayı

Bu çay,Talış dağlarının ətəyində bulaqların saf suyu ilə suvarılan "Yaşıl çay" FT-nin plantasiyalarında seçmə üsulu ilə yığılan zərif çay yarpaqlarından və zəncəfil qarışığından hazırlanmışdır.

Zəncəfilli çayın faydaları: Zəncəfil görməni yaxşılaşdırır,dərini təravətləndirir.Beynin qan damarlarının fəaliyyətini yaxşılaşdırır,yaddaşı möhkəmləndirir.İştahı artırır,həzmi yaxşılaşdırır,orqanizmi toksinlərdən təmizləyir.Soyuqdəymə ilə mübarizə aparır.Zəncəfil şiş xəstəliklərinə qarşı biləvasitə təsir göstərir.

Dəmlənmə qaydası: 1 litr qaynar su üçün 2 çay qaşığı çay  töküb çaydanı tutumunun 3/4-ü qədər qaynar su ilə doldurub,qaynatmamaq şərtilə 15 dəqiqə dəmlənir.Dəmləndikdən sonra çay istifadəyə hazırdır.Nuş olsun..

Qeyd:Zəncəfil Çayı ilk dəfə “YAŞIL ÇAYFermer  Təsərrüfatında istehsal edilmişdir.

Məhsulun standarta uyğun olaraq,gigiyenik və uyğunluq sertifikatı mövcuddur.